Forsell pişiyə görə məşqə gecikib

03:30 - 21 Noyabr 2014

33 yaşlı hücumçu heyvanlara həssas yanaşır 
 
Almaniyanın aşağı divizonunda “Boxum”da forma geyinən Mikael Forsell məşqə geçikib.
 
Sportal.az xəbər verir ki, finlandiyalı futbolçun məşqə vaxtında gələ bilməməsinin səbəbini də açıqlayıb. Forsellin sözlərinə görə, avtomobilinə yaxınlaşanda təkərin yanında pişiyin olduğunu görüb.
 
33 yaşlı futbolçu ev heyvanlarına qarşı həssas olduğundan pişiyin oradan uzaqlaşmasını gözləyib. 20 dəqiqədən sonra pişik təkərin yanından uzaqlaşıb və futbolçu avtomobillə klubun bazasına yollanıb.

Xəbər xətti