Almaniya Bundesliqası: “Borussiya” yenə qələbə qazana bilmədi

23:30 - 22 Noyabr 2014

“Bavariya”dan növbəti darmadağın 
 
 
Almaniya Bundesliqasında 7 qarşılaşmayla 12-ci tura start verilib.
 
Sportal.az xəbər verir ki, lider “Bavariya” dogma divarlara arsında “Hoffenyahm”ı qəbul edib. Münhen təmsilçisi hər bir hissədə iki qol vuraraq, rəqibini darmadağın edib.   
 
Turun mərkəz görüşü “Şalke” - “Volsfburq” üzərində çətinliklə olsa da qələbə qazanıb. Çempionlar Liqasında uğurlu çıxış etsə də, Bundesliqada gözlənilən nəticələri qazana bilməyən Dortmund “Borussiya”sı “Paderborn”un qonağı olub. Yurgen Kloppun komandası bu dəfə də qələbə üzünə həsrət qalıb.
 
Almaniya Bundesliqası 12-ci tur
 
 
22 noyabr
 
“Borussiya” (Menhenqladbax) – “Ayntraxt”  1:3
Qollar: Nordtveyt, 5 – Stendera, 54, Meyer, 57, İnui, 74
 
“Bavariya” – “Hoffenhaym”  4:0
Qollar: Qötse, 23, Levandovski, 40, Robben, 82, Rode, 87
 
“Hannover” – “Bayer”  1:3
Qollar: Gülselam, 60 – Kieblinq, 46, Son Hunq-Min, 59, Bellarabi, 71
 
“Maynts” – “Frayburq”  2:2
Qollar: Dias, 27, Bell, 88 – Şmid, 30, Mehmedi, 58
 
“Paderborn” – “Borussiya” (Dortmund)  2:2
Qollar: Rupp, 60, Sağlıq, 82 – Aubameyanq, 12, Reus, 45+1
 
"Şalke” – “Volfsburq”  3:2
Qollar: Çoupo-Motinq, 10, 22, Fuks, 25 – Oliç, 37, Bendtner, 74
 
“Köln” – “Herta”  1:2
Qollar: Ujah, 58 - Beerens, 28, N`Djenq, 86
 
23 noyabr
 
18:30. “Hamburq” – “Verder”
20:30. “Ştuqart” – “Auqsburq”

Xəbər xətti