“Bundan sonra millinin formasını azarkeş kimi geyinəcəyəm”

00:45 - 5 Dekabr 2014

Filip Lam milliyə qayıtmaq fikrində deyil 
 
Almaniya millisinin sabiq üzvü Filip Lam yenidən yığmaya qayıdacağı ilə bağlı xəbərlərə münasibət bildirib.
 
Sportal.az xəbər verir ki, təcrübəli müdafiəçi yığmada karyerasını başa vurduğunu artıq elan edib:
 
"Təəssüf ki, milliyə qayıda bilməyəcəm. Çünki, yığma komandada karyeramı başa vurmuşam. Bundan sonra Almaniya millisinin formasını yalnız azarkeş kimi geyinəcəm. 10 il yığmanın şərəfini qorudum və hər şey yaxşı alındı. Komandanın kapitanı oldum və bu il dünya kubokunu qazandım”.

Xəbər xətti