Tanınmış baş məşqçi reqbidə məsləhətçi olacaq

00:30 - 9 Dekabr 2014

Qvardiola Yaponiya millisiylə anlaşdı
 
Deyəsən, “Bavariya” klubunun baş məşqçisi Pep Qvardiola peşəsini dəyişmək qərarına gəlib.
 
Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssis indi də özünü reqbidə sınaqdan keçirmək istəyir. İspaniyalı çalışdırıcı 2015-ci ildə reqbi üzrə dünya çempionatına ev sahiblik edəcək Yaponiya yığma komandasında məsləhətçi funksiyasını icra edəcək. Yaponiya reqbiçilərinə başçılıq edən Eddi Cons belə deyib:
 
“Futbol və reqbi oyunu oxşardır. Hər ikisində topu qəbul etmək və dəqiq ötürmələr vermək lazım gəlir. Qvardiola öz oyun fəlsəfəsiylə “Barselona” və “Bavariya” komandalarına yenilik gətirdi. Hazırda hər iki komanda gözəl oyunu və dəqiq ötürmələri ilə seçilir. Qvardiolanı millimizə məsləhətçi kimi dəvət etmişik ki, Yaponiya yığması reqbidə öz oyun üslubuyla digər komandalardan seçilsin”.           

Xəbər xətti