"Karlsrue"dən növbəti qələbə
	Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun çıxış etdiyi "Karlsrue" klubu Almaniya II Bundesliqasında növbəti matçını keçirib.
	
	Sportal.az xəbər verir ki, sözügedən komanda 16-cı turda evdə "Ayntraxt"a (Braunşveiq) klubu ilə qarşılaşıb.
	
	Matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. D.Nazarov oyuna start heyətində çıxıb və 85-ci dəqiqədə əvəzlənib.
	
	Qeyd edək ki, "Karlsrue" turnir cədvəlində 16 turdan sonra 27 xalla 3-cü pillədədir.
 
      
                    