"Borussiya" "qara zolaq"dan çıxa bilmir
	 
	Almaniya Bundesliqasında 15-ci turun oyunlarına start verilib.
	 
	Sportal.az xəbər verir ki, ilk matç günündə "Hoffenhaym" doğma meydanda "Ayntraxt"ı qəbul edib. Meydan sahibləri çətinliklə olsa da, rəqibindən 3 xal qoparıb.
	 
	Lider “Bavariya” səfərdə “Auqsburq”la qarşılaşıb. Münhen təmsilçisi rəqibinə divan tutub.
	 
	Cari mövsüm “qara zolaq”dan çıxa bilməyən Dortmund “Borussiya”sı “Herta”nın qonağı olub. Yurgen Kloppun komandası 1:0 hesabı ilə uduzaraq uğursuzluq seriyasını davam etdirib.
	 
	 
	Almaniya Bundesliqası 15-ci tur
	 
	 
	12 dekabr
	 
	“Hoffenhaym” – “Ayntraxt”  3:2
	Qollar: Volland, 44, Szalai, 66, Firmino, 87 - Aiqner, 58, Seferoviç, 77
	 
	13 dekabr
	 
	“Auqsburq” – “Bavariya”  0:4
	Qollar: Benatia, 58, Robben, 59, 71, Levandovski, 68
	 
	“Herta” – “Borussiya” D  1:0
	Qol: Şyeber, 40
	 
	“Frayburq” – Hamburq”  0:0
	 
	“Şalke” – “Köln”  1:2
	Qollar: Sane, 85 – Uyah, 40, Lehmann, 67-pen
	 
	“Verder” – “Hannover”  3:3
	Qollar: Junuzoviç, 36, Lorenzen, 55, Selke, 88 – Stindl, 12, Joselu, 62, Kiyotake, 64
	 
	“Mayns” – “Ştutqart”  1:1
	Qollar: Qeys, 36 - Kostiç, 72
	 
	14 dekabr
	 
	18:30 “Bayer” – “Borussiya” M
	20:30 “Volfsburq” – “Paderborn”
                      
saytlarin hazirlanmasi