"Karlsrue" Münhen təmsilçisinə şans vermədi
Almaniya 2-ci Bundesliqasında 17-ci turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Dimitri Nazarovun şərəfini qoruduğu “Karlsrue” növbəti matçına çıxıb.
Komanda səfərdə “Münhen 1860"lə qarşılaşıb. Matç qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb. Nazarov oyuna 46-cı dəqiqədə daxil olub.
Qeyd edək ki, “Karlsrue” turnir cədvəlində 30 xalla 2-ci pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi