Almaniya Bundesliqası: "Bayer" – "Borussiya" (M) duelində bərabərlik

00:05 - 15 Dekabr 2014

“Volfsburq” “Paderborn”un müqavimətini qıra bilmədi 
 
Almaniya Bundesliqasında 15-ci turun oyunlarına yekun vurulub.
 
Sportal.az xəbər verir ki, ilk matç günündə "Hoffenhaym" doğma meydanda "Ayntraxt"ı qəbul edib. Meydan sahibləri çətinliklə olsa da, rəqibindən 3 xal qoparıb. Lider “Bavariya” səfərdə “Auqsburq”a divan tutub.
 
Cari mövsüm “qara zolaq”dan çıxa bilməyən Dortmund “Borussiya”sı “Herta”nın qonağı olub. Yurgen Kloppun komandası 1:0 hesabı ilə uduzaraq uğursuzluq seriyasını davam etdirib.
 
Hesabat turu iki qarşılaşma ilə başa çatıb. Leverkuzendə “Bayer” Münhenqladbax “Borussiya”sı ilə üz-üzə gəlib. İlk hissədə hərəyə bir dəfə fərqlənən tərəflər sonda xalları yarıya bölüblər.
 
“Volfsburq” – “Paderborn” qarşıdurmasında da eyni hesab qeydə alınıb.     
 
 
 
Almaniya Bundesliqası 15-ci tur
 
 
12 dekabr
 
“Hoffenhaym” – “Ayntraxt”  3:2
Qollar: Volland, 44, Szalai, 66, Firmino, 87 - Aiqner, 58, Seferoviç, 77
 
13 dekabr
 
“Auqsburq” – “Bavariya”  0:4
Qollar: Benatia, 58, Robben, 59, 71, Levandovski, 68
 
“Herta” – “Borussiya” D  1:0
Qol: Şyeber, 40
 
“Frayburq” – Hamburq”  0:0
 
“Şalke” – “Köln”  1:2
Qollar: Sane, 85 – Uyah, 40, Lehmann, 67-pen
 
“Verder” – “Hannover”  3:3
Qollar: Junuzoviç, 36, Lorenzen, 55, Selke, 88 – Stindl, 12, Joselu, 62, Kiyotake, 64
 
“Mayns” – “Ştutqart”  1:1
Qollar: Qeys, 36 - Kostiç, 72
 
14 dekabr
 
“Bayer” – “Borussiya” (Münhenqladbax)  1:1
Qollar: Calhaoğlu, 18 - Brauvers, 40
 
“Volfsburq” – “Paderborn”  1:1
Qollar: Rafa, 17-öz qapısına – Meha, 17-pen
 

Xəbər xətti