Henrix xəsarət alıb
Dortmund "Borussiya"sı ciddi itkiyə məruz qalıb.
Sportal.az xəbər verir ki, Almaniya təmsilçisinin yarımmüdafiəçisi Henrix Mxitaryan "Herta" ilə matçda sıradan çıxıb. Erməni futbolçunun 6 həftə yaşıl meydanlardan uzaq qalacağı açıqlanıb.
Qeyd edək ki, cari mövsüm 20 matçda meydana çıxan Mxitaryan 2 dəfə fərqlənib.