Ev sahibləri istəklərinə çatdı
Almaniya Bundesliqasında 16-cı turun oyunlarına start verilib.
Sportal.az xəbər verir ki "Hannover" doğma meydanda cari mövsüm uğurlu çıxışıyla yadda qalan "Auqsburq"u qəbul edib.
Bu tura qədər rəqibindən 4 xal geri qalan hannoverlilər qələbə qazanacağı halda turnir cədvəlində üst pillələrə irəliləmək imkanı əldə edəcəkdi. Odur ki, qələbəyə köklənən meydan sahibləri 20-ci dəqiqədə hesabı açıblar. Sanenin qoluyla fasiləyə üstün yollanan ev sahibləri ikinci hissədə daha bir qol vurublar. 55-ci dəqiqədə Joselu hesab arasında fərqi artırıb.
“Hannover” – “Auqsburq” 2:0
Qollar: Sane, 20, Joselu, 55-pen
saytlarin hazirlanmasi