Marko Roysa 540 min avroluq cəza
Almaniya polisi "Borussiya" (Dortmund) klubunun futbolçusu Marko Roysu cərimələyib.
Sportal.az Almaniya mətbuatına istinadən xəbər verir ki, "Aston Martin" markalı avtomobili ilə məşqdən evə gedən Roys yol polisi tərəfindən saxlanılıb.
2011-ci ildən avtomobil idarə edən 26 yaşlı futbolçunun ümumiyyətlə sürücülük vəsiqəsi olmadığı müəyyənləşib. Alman polisi Roysa 540 min avro məbləğində cəza kəsib.