Almaniya Bundesliqası: "Borussiya" yenə uduzdu, "Şalke" xal itirdi

00:30 - 21 Dekabr 2014

"Volfsburq" "Köln"ü üstələdi 
 
Almaniya Bundesliqasında  17-ci turun oyunlarına start verilib.
 
Sportal.az xəbər verir ki,  ilk oyun günündə bir qarşılaşma baş  tutub. Bundeslıiqanın lideri “Bavariya” səfərdə “Mayns”ın qonağı olub. Münhen təmsilçisi ilk dəqiqələrdə hesabda geri düşməsinə baxmayaraq, sonda qələbə qazanıb.
 
Cari mövsüm uğursuz çıxış edən Dortmund “Borussiya”sı “Vereder”in qonağı olub. Yurgen Kloppun komandası yenə də məğlubiyyətdən qaça bilməyib. Dortmund təmsilçisi səfərdə rəqibinə 2:1 hesabı ilə yenilərərk turnir cədvəlində sonuncu pillələrə yuvarlanıb. Bu mövsüm yükəsək yerlər uğrunda mübarizə aparan “Şalke” də doğma meydanda xal itkisinə məruz qalıb.   
 
 
Almaniya Bundesliqası 19-cu tur
 
 
19 dekabr

“Mayns” – “Bavariya”  1:2
Qollar:
 Soto, 21 - Şvaynştayger, 24, Robben, 90
 
20 dekabr
 
“Auqsburq” – “Borussiya” (Münhenqladbax)  2:1
Qollar: Foylner, 21, Bobadilla, 51 - Kruze, 2-pen
 
“Bayer” – “Ayntraxt”  1:1
Qollar: Bellarabi, 83 - Meyer, 37-pen
 
“Şalke” – “Hamburq”  0:0
 
“Ştuttqart” – “Paderborn”  0:0
 
“Verder” – “Borussiya” (Dortmund)  2:1
Qollar: Selke, 2, Bartels, 62 – Hummels, 69
 
"Volfsburq" - "Köln"  2:1
Qollar: ​Dost, 16, Naldo, 78 - Mahor, 11
 
21 dekabr
 
18:30 “Herta” – “Hoffenhaym”
20:30 “Frayburq” – “Hannover”

Xəbər xətti