Qonaqlar rəqibinə rəhm etmədi
Almaniya Bundesliqasında 17-ci turun oyunları başa çatıb.
Sportal.az xəbər verir ki, son oyun günündə “Herta” doğma meydanda “Hoffenhaym”laüz-üzə gəlib. Qonaq komanda artıq fasiləyə qədər rəqibin qapısına 3 dəfə yol tapa bilib. İkinci 45 dəqiqədə daha iki qol vuran "Hoffenhaym" səfərdə "Herta"nı biabır edib.
"Herta” – “Hoffenhaym” 0:5
Qollar: Bruks, 23-öz qapısına, Salihoviç, 26-pen, 39-pen, Skipplok, 74, Rudi, 84
saytlarin hazirlanmasi