Kriştianu Ronaldo 3-cü oldu
İdman Jurnalistləri Beynəlxalq Assosiasiyası ilin idmançısını seçib.
Sportal.az xəbər verir ki, sorğuda dünyanın 91 ölkəsinin mətbuat və media nümayəndələri iştirak edib. Medianın 14,84% səsini toplayan Almaniya və “Bavariya”nın qapıçısı Manuel Noyer 2014-cü ilin ən yaxşı idmançısı seçilib. Təcrübəli qolkiperdən 1.58% (13,26%) az səs yığan isveçrəli tennisçi Rocer Federer 2-ci pillədə qərarlaşıb. Portuqaliya və “Real”ın hücumçusu Kriştianu Ronaldo 12,79% səslə 3-cü olub.
Qadınlar arasında isə amerikalı tennisçi Serena Uilyams (21,43%) ilin ən yaxşı idmançısıadını qazanıb.
İlin ən yaxşı komandası DÇ-2014-ün qalibi Almaniya yığması olub. “Real” klubu və İsveçrə tennis millisi növbəti yerləri bölüşüblər.
saytlarin hazirlanmasi