Oliver Kan: "Roys üçün 25 milyon avro? Bu böyük klublar üçün gülüncdür"

14:20 - 28 Yanvar 2015

"Onu saxlamaq çətin olacaq"

 

Sabiq almaniyalı qapıçı Oliver Kan Marko Roysun "Borussiya"dan ayrılacağına əmindir.

 

Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, Kan öz açıqlamasında bunları qeyd edib:

 

"Borussiya" üçün Roysu komandada saxlamaq çətin olacaq. Komandanın hazırki vəziyyəti Roysun gedəcəyinə əminliyi daha da artırır. Transfer qiyməti 25 milyon avrodur. Bu pul Roysu transfer etmək istəyən böyük klublar üçün gülüncdür." 

Xəbər xətti