Federasiya Hunteları bağışlamadı
Almaniya Futbol Federasiyası "Şalke"nin hücumçusu Klaas-Yan Hunteları cəzalandırılıb.
Sportal.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, futbolçu Almaniya Bundesliqasınnın 18-ci turunda "Hannover”lə qarşılaşmada kobud hərəkəti ilə yadda qalıb.
Huntelar rəqib futbolçu Manuel Şmidebaxaya arxadan zərbə endirdiyi üçün 6 oyunluq diskvalifikasiya olunub.
Qeyd edək ki, hücumçu bu mövsüm 7 qol və 3 məhsuldar ötürmə ilə fərqlənib.
saytlarin hazirlanmasi