"Borussiya" futbolçusunu itirdi

11:04 - 6 Fevral 2015

Alman təmsilçisində növbəti zədəli
 
Almaniya Bundesliqasının 19-cu turunda evdə "Ausburq"a uduzan (0:1) "Borussiya" (Dortmund) klubu ciddi itki ilə üzləşib.
 
Sportal.az xəbər verir ki, Dortmund təmsilçisinin müdafiəçisi Kevin Qrosskroytz zədələnərək sıradan çıxıb.
 
Matçın 60-cı dəqiqəsində dizindən zədə alan 26 yaşlı futbolçunun ən azı 6 həftə yaşıl meydanlardan kənarda qalacağı bildirilir. Lakin Qrosskroytzun martın 18-də "Yuventus"la keçiriləcək Çempionlar Liqası matçında iştirak edəcəyi gözlənilir. 

Xəbər xətti