Futbolçuya şok cəza
Almaniya Bundesliqasının XIX turu çərçivəsində keçirilən "Bavariya" - "Şalke" (1:1) matçının 17-ci dəqiqəsində qırmızı kartla oyunu tərk edən meydan sahiblərinin müdafiəçisi Jerome Boatenq cəzalanıb.
Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, Almaniya Futbol Federasiyası Boatenqə 3 oyunluq cəza verib.
Qeyd edək ki, Boatenq bu mövsüm "Bavariya"nın heyətində çıxdığı 24 matçda 1 qol və 1 asistlə yadda qalıb.
saytlarin hazirlanmasi