"Fortuna" doğma meydanda məyus oldu
Almaniya 2-ci Bundesliqasında 21-ci turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, Toğrul Eratın çıxış etdiyi "Fortuna" da növbəti oyununu keçirib.
Komanda doğma azarkeşlər önündə "Erzqebirqe Aue"yə 2:3 hesabı ilə məğlub olub. Tuğrul matçın 70-ci dəqiqəsində meydana daxil olub.
Qeyd edək ki, "Fortuna" turnir cədvəlində 32 xalla 6-cı pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi