"Bavariya"ya zədəlisindən şad xəbər

16:40 - 20 Fevral 2015

Tiaqo məşqlərə başladı
 
Almaniyanın "Bavariya" klubunun ispan yarımmüdafiəçisi Tiaqo Alkantara zədəsini sağaldıb.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 23 yaşlı futbolçu hələlik fərdi məşqlərlə kifayətlənir. Tiaqonun mart ayında komanda ilə birlikdə ümumi məşqlərdə iştirak etməsi gözlənilir. 
 
Qeyd edək ki, "Bavariya"ya 2013-cü ildə transfer olan yarımmüdafiəçi bu müddət ərzində cəmi 16 oyunda meydanda olub.

Xəbər xətti