"Bavariya" 39 il sonra...

13:08 - 22 Fevral 2015

2 matçda 14 qol

 

Almaniya Bundesliqasının XXII turu çərçivəsində keçirilən "Paderborn" - "Bavariya" matçında qonaqlar 6:0 hesablı qələbə qazanmaqla ard-arda keçirdiyi 2 matçda 14 qol vurmağı bacarıb. Bavariya daha öncə XXI turda doğma meydanda "Hamburq"u 8:0 hesabı ilə darmadağın edib.

 

Sportal.az xəbər verir ki, klubun tarixində 14 və daha çox qol vurulması son dəfə 1976-cı ildə baş verib. Belə ki, həmin ildə 2 matçda 15 qol qeydə alınıb.

 

Qeyd edək ki, "Bavariya" bu mövsüm 22 turdan sonra 55 xalla turnir cədvəlinə başçılıq edir.

Xəbər xətti