"Siqnal İduna Park"da bomba aşkarlandı
Borussiya”nın (Dortmund) ev oyunlarını keçirdiyi “Siqnal İduna Park” stadionunda bomba tapılıb.
Sportal.az xəbər verir ki, bomba stadion işçiləri tərəfindən aşkarlanıb. 250 kq ağırlıqda olduğu iddia edilən bombanın İkinci Dünya Müharibəsindən qaldığı məlum olub.
Qeyd edək ki, təkcə Almaniyanın paytaxtı Berlində İkinci Dünya Müharibəsindən qalmış 3 minə yaxın bombanın tapılmadığı bildirilir.
saytlarin hazirlanmasi