Almaniya baş məşqçisi ilə müqavilə yenilədi

01:40 - 14 Mart 2015

Löv daha 3 il yığma komandada
 
Almaniya Futbol Federiyası ölkə millisinin baş məşqçisi Yoahim Lövlə müqaviləni yeniləyib.
 
Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssislə müqavilənin müddəti 2018-ci il, iyulun 31-ə kimi uzadılıb.
 
Beləliklə, Y.Löv "Avro-2016" və "DÇ-2018"də Almaniya millisinin başında olacaq.
 
Qeyd edək ki, Y.Löv 2006-cı ildən Almaniya millisində baş məşqçi vəzifəsində çalışır.

Xəbər xətti