"Oğlum dünyaya gələndən sonra futbola baxışım dəyişdi"

02:00 - 14 Aprel 2015

Lionel Messi: “Mənim üçün ilk növbədə ailə daha sonra...”
 
“Barselona” hücumçusu Lionel Messi klubun rəsmi sayıtna maraqlı açıqlama verib.
 
Sportal.az xəbər verir ki, ata olandan sonra argentinalı ulduz futbola baxışının dəyişdiyini bildirib:
 
“Oğlum dünyaya gələndən sonra futbola baxışım dəyişdi. Mənim üçün ilk növbədə ailə daha sonra başqa işlər. Yəni, əvvəllər komanda uduzanda və ya mən nəyisə yanlış edəndə üç-dörd gün heç kiminlə danışmırdım. O vaxta qədər dözürdüm ki, hirsim soyusun.
 
İndi isə komanda məğlub olanda evə qayıdıram, oğlumu görən kimi hər şey yaddan çıxır. Bununla da əsəblərimi içimdə boğuram. Ailə başçısı kimi indi futboldan da başqa vacib amillərin olduğunu anlayıram”.                       

Xəbər xətti