"Bursaspor" yarımfinala vəsiqə qazandı

01:50 - 15 Aprel 2015

Qonaqlardan əzmkar qələbə 
 
Türkiyə kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına bir qarşılaşmayla start verilib.

Sportal.az xəbər verir ki, ilk oyun günündə “Gənclərbirliyi” doğma divarlar arxasında “Bursaspor”u qəbul edib.
 
Meydan sahibləri fasiləyə 2:0 hesabı ilə öndə yollansalar da, qonaqlar ikinci yarıda üç qol vuraraq əzmkar qələbə qazanıb. İki oyunun nəticəsinə görə “Bursaspor” komandası adını yarımfinala yazdırıb.



14 aprel

Türkiyə kuboku  1/4 final mərhələsinin cavab oyunları
 
“Gənclərbirliyi” – “Bursaspor”  2:3 (ilk oyun 1:1)
Qollar: 
Petroviç, 14, Kabir, 39 -  Volkan Şen, 59, 73,  Fernandao, 90

 

Xəbər xətti