"İbrahimoviç oynamayanda PSJ "Barselona"ya qailb gəlib"

02:30 - 15 Aprel 2015

Luis Enrike: “İki bir-birinə bənzəyən komanda üz-üzə gələcək”
 
Çempionlar Liqasının ¼ final mərhələsində PSJ ilə səfər oyunöncəsi “Barselona”nın baş məşqçisi Luis Enrike maraqlı fikirlər bildirib.
 
Sportal.az xəbər verir ki, ispaniyalı mütəxəssis rəqibin heyətində yaxşı futbolçular olduğunu və kollektiv oyuna üstünlük verdiyini vurğulayıb:

“Rəqibin bəzi önəmli futbolçuları bizə qarşı oyunu buraxacaq. İbrahimoviç oynamayanda PSJ “Barselona”ya qalib gəlib. Fransa klubua da kuboka əsas namizədlərdən biri sayılır.
 
“Çelsi”ni mübarizədən kənarlaşdıran komandaya qarşı işimizi ehtiyatlı tutmalıyıq. Bizim kimi rəqibin də hücum xətti güclüdür.İki bir-birinə bənzəyən komanda üz-üzə gələcək. Düşünürəm ki, azarkeşlər maraqlı qarşılaşma izləyəcəklər”.   

 

Xəbər xətti