"Klub rəhbərliyinə mən cavab verəcəyəm"

01:50 - 16 Aprel 2015

Slaven Biliç: “Demək olar ki, şanslar eynidir”
 
“Çempion olmaq üçün futbolçularda  böyük istək var. Ancaq qarşıda hələ çətin oyunlarımız var. Ona görə də indidən çempionluqdan danımaq tezdir.
 
Çempionluq mübarizəsi 3 komanda arasında gedir. Demək olar ki, şaslar eynidir. Hansı komanda az xal itirəcək sonda çempion o da olacaq. Mövsümü neçənci yerdə başa vuracağımızdan asılı olmayaraq, baş məşqçi olaraq klub rəhbərliyinə mən cavab verəcəyəm”.
 
Sportal.az xəbər verir ki, bu sözləri “Beşiktaş”ın baş məşqçisi Slaven Biliç deyib. Xorvatiyalı mütəxəssis komandanı tərk edəcəyiylə bağlı yayılan xəbərlərər də münasibət bildirib:
 
“Hələ bu haqda danışmaq istəmirəm. Çünki, klubla müqaviləm var. Yalnız işimi başa vurandan sonra “Beşiktaş”da qalıb-qalmayacağımı deyə bilərəm”. 

Xəbər xətti