12 oyundu qələbə üzünə həsrət qalan "Sumqayıt"ın baş məşqçisindən sərt addım

16:17 - 16 Aprel 2015

Əvəzedici heyətə göndərdi

 

12 oyundu qələbəyə həsrət qalan "Sumqayıt"ın baş məşqçisi Aqil Məmmədov sərt addımlar atıb.

 

Sportal.az хəbər verir ki, baş məşqçi əsas heyətində bəzi oyunçularını əvəzedici komandaya göndərib. Onlardan biri də Orхan Əliyevdi. Gənc futbolçu bu gün əvəzedici komandanın heyətində AZAL-la keçirilən XXX turun matçında iştirak edib.

 

Qeyd edək ki, start heyətində yer alan Orхan 34-cü dəqiqədə bərabərlik qolunu vurub və oyun 1:1 hesabı ilə başa çatıb.

Xəbər xətti