Cavid İmamverdiyevin ayrıldığı "Elazığspor"da boykot: Futbolçular məşqə çıxmadı

18:35 - 16 Aprel 2015

Komandada maliyyə problemi
 
Türkiyə PTT I Liqasında "Elazığspor" klubunda futbolçular məşqə çıxmayıblar.
 
Sportal.az xəbər verir ki, buna səbəb futbolçuların uzun müddətdir maaş ala bilməməsi göstərilir. Maaşlar verilməyəcəyi təqdirdə futbolçuların növbəti oyuna çıxmayacağı da bildirilir. Qeyd edək ki, həmyerlimiz Cavid İmamerdiyev bir müddət əvvəl "Elazığspor"dan ayrılmışdı.

Xəbər xətti