"Fənərbaxça"nın futbolçusunun ayağı qırıldı

20:50 - 16 Aprel 2015

Krasiç məşqdə zədələndi
 
"Fənərbaxça"nın yarımmüdafiəçisi Miloş Krasiçin ayağı qırılıb.
 
Sportal.az xəbər verir ki, o, mövsümün sonuna qədər komandasına kömək edə bilməyəcək. 
 
Serb futbolçu məşq zamanı sıradan çıxıb. Müayinə nəticəsində 30 yaşlı legionerin ayağında sınıq aşkarlanıb. Bərpa prosesi 2-3 ay davam edəcək.
 
Krasiç cari mövsümdə bir dəfə də olsun meydana çıxmayıb. O, klubun əvəzedici heyətində forma geyir.

Xəbər xətti