"Qallaxerin bu hərəkətindən sonra xeyli vaxt özümə gələ bilmədim"
“Mançester Siti”ni çempion edəndə hansı müğənni Mançinin dodağından öpüb
“İnter” klubunun baş məşqçisi Roberto Mançini sabiq komandası “Mançester Siti”də işləyərkən başına gələn hadisəni gündəmə gətirib.
Sportal.az xəbər verir ki, italiyalı mütəxəssisin sözlərinə görə “Mançester Siti”ni çempion edəndə müğənni Con Pol Qallaxer onun dodaqlarından öpüb:
“Mançester Siti”ni çempion edəndə Qallaxer ofisimə gəldi. Otağa daxil olan kimi məni qucaqlayıb sonra da dodaqlarımdan öpdü. Həmin anda fürsətim olmadı ki, müğənnini özümdən kənarlaşdırım. Qallaxerin bu hərəkətindən sonra xeyli vaxt özümə gələ bilmədim.”
saytlarin hazirlanmasi