Pərdis-Fərcad Azad yenidən əsas heyətdə
Bi müddət əvvəl "Xəzər Lənkəran" - "Sumqayıt" matçında qonaqların futbolçusu Pərdis Fərcad Azad baş məşqçinin onu əvəzetməsi qərarına etiraz edərək formasını əyinindən çıxaraq yerə tullayıb və birbaşa paltardəyişmə otağına yollanmışdı. Bu hadisədən sonra klub rəhbərliyi futbolçuya müəyyən qədər pul cəzası və futbolçunun əvəzedici heyətə göndərilməsini qərara almışdı.
Sportal.az xəbər verir ki, futbolçu artıq bağışlanaraq əsas komandaya geri qayıdıb və hazırda davam edən AZAL - "Sumqayıt" matçında start heyətdə meydana çıxıb.
saytlarin hazirlanmasi