"İstəyərdim ki, bu gün bir nəfər gəlsin bizi bu vəziyyətdən çıxarsın"

18:37 - 17 Aprel 2015

Aqil Məmmədov: "Özüm çıxıb oynamasam, qalib gəlməyəcəyik"
 
Premyer Liqanın XXX turu çərçivəsində keçirilən AZAL-“Sumqayıt” oyunu 1-1 hesabı ilə başa çatdı.  
 
Sportal.az xəbər verir ki, "Sumqayıt"ın baş məşqçisi Aqil Məmmədov oyun haqda fikirlərini bildirib:
 
"Birinci hissədə 3,4 qol epizodu yaratdıq. Amma istifadə edə bilmədik. AZAL-da isə epizod olmadı. Futbolda isə belə bir qanun var - qol vurmasan, qol buraxacaqsan. Mənə elə gəlir ki, özüm çıxıb oynamasam, qalib gəlməyəcəyik. Bu gün uduza da bilərdik. Başqa nə deyim? “Sumqayıt” komandasına gələn oyunlarda uğurlar arzu edirəm. Sumqayıt şəhərində bəlkə də məndən çox komandanın qələbəsini istəyən yoxdur. Şəxsən mən istəyərdim ki, bu gün bir nəfər gəlsin bizi bu vəziyyətdən çıxarsın. Mənim indi belə bir halım yoxdur. “Sumqayıt” mənim üçün təkcə futbol komandası deyil. Sumqayıtda böyümüşəm, futbola başlamışam. Komandanın qələbə qazanmasını istəyirəm”.

Xəbər xətti