Cəzalı duruma düşüb
Premyer Liqanın 30-cu turu çərçivəsində "Qarabağ"ı qəbul edən "Simurq" ciddi itki ilə üzləşib.
Sportal.az xəbər verir ki, Zaqatala təmsilçisinin kapitanı İlkin Qırtımov cəzalı duruma düşüb. 25 yaşlı müdafiəçi cəzalı duruma düşüb. "Qarabağ"la oyunun 55-ci dəqiqəsində əllə oyuna görə cəzalanan İlkin sarı vərəqə limitini dolduraraq növbəti turda keçiriləcək "Sumqayıt"la matçı buraxmalı olacaq.
Qeyd edək ki, ölkə kubokunun 1/2 final mərhələsində keçirilən "Qarabağ" - "Simurq" matçında da sarı vərəqə limitini dolduran Qırtımov aprelin 21-i keçiriləcək cavab matçında iştirak edə bilməyəcək.
saytlarin hazirlanmasi