Daha bir titul
Azərbaycanın voleybolçu qadınlardan ibarət millisinin üzvü Natalya Məmmədova daha bir titula yiyələnib.
Sportal.az xəbər verir ki, təcrübəli hücumçumuz bu dəfə İsveçrə çempionu adını qazanıb. Məmmədovanın şərəfini qoruduğu "Volero" ardıcıl 10-cu dəfə çempionluğunu rəsmiləşdirib.
Voleybolçumuzun komandası finalda hər üç görüşdə "Könits"i məğlub etməklə qızıl medallara sahib çıxıb.
Xatırladaq ki, Natalya Məmmədova 2005-2006-cı illər mövsümündə "Volero"nun heyətində eyni uğurları qazanmaqla ikiqat çempion olub. O, həmçinin birinciliyin ən dəyərli və məhsuldar oyunçusu seçilib.
saytlarin hazirlanmasi