İmamverdiyevi Türkiyə klubundan uzaqlaşdıran baş məşqçi istefa verdi

10:53 - 19 Aprel 2015

Ümit Özat postundan getdi
 
Türkiyənin "Elazığspor" klubu baş məşqçisiz qalıb
 
Sportal.az хəbər verir ki, PTT 1-ci liqa təmsilçisinin "sükan sahibi” Ümit Özat istefa verib. Bir müddət əvvəl həmyerlimiz Cavid İmamverdiyevi komandadan qovan Özat fəaliyyət şərtlərinin dözülməz olduğunu əsas gətirərək istefa ərizəsini yazıb. Maraqlısı budur ki, uzun müddətdi maaş ala bilməyən futbolçular son iki gündə məşqə çıхmasa da, son turda "Dənizlispor”u 2:1 hesablıyla üstələmişdi. Başqa sözlə, Ümit Özat qələbədən sonar klubdan ayrılıb.

Xəbər xətti