"Neftçi"nin kapitanı üçün mövsüm bitdi

14:40 - 19 Aprel 2015

Zədəsi ciddidi

 

Premyer Liqanın 29-cu turunda keçirilən "Xəzər Lənkəran" - "Neftçi" (2:2) matçında ayağından zədə alan Flavinyo üçün mövsüm erkən bitib.

 

Sportal.az xəbər verir ki, "flaqman"ın baş məşqçisi Arif Əsədov çempionatın son turunda keçirilən "Qəbələ" ilə matçdan sonra Flavinyonun zədəsinin ciddi olduğunu və mövsümün sonuna qədər meydana çıxa bilməyəcəyini bildirib.

 

Qeyd edək ki, Flavinyo ilə birlikdə "Neftçi"də Məqsəd İsayev də zədə səbəbindən mövsümü erkən bitirməli olub.

Xəbər xətti