Dünya çempionundan etiraf: "Qızıl medalsız yaşayaram, ancaq narkotiksiz yox"

18:25 - 19 Aprel 2015

Paulo Sezar medalını kokainə dəyişib
  
Braziliya milli komandasının sabiq üzvü Paulo Sezar dünya çempionatında qazandığı qızıl medalı satıb.
 
Sportal.az xəbər verir ki, “Botofoqo”da forma geyinən futbolçu 1970-ci ildə Braziliya millisini heyətində dünya çempionu olub.
 
Narkotik maddələrin və spitli içkilərin aludəçisi olan vetaran  futbolçu məhz bu üzdən mundialda qazandığı qızıl medalı satmaq məcburiyyətində qalıb. Paulo Sezar açıqlamasında da bunu etiraf edib:
 
Narkotik qəbul etmədən özümü idarə edə bilmirəm. Gərək, dünya çempionatında qazandığım qızıl medalı satdığımı açıqlamazdım. Mənim üçün ən önəmlisi qızıl medal deyil, kokain qəbul etməkdir. Etiraf edirəm ki, qızıl medalsız yaşayaram, ancaq narkotiksiz yox”. 

Xəbər xətti