Mahir Şükürovu komandadan uzaqlaşdıran məşqçini qovdular

10:55 - 20 Aprel 2015

Ayhan Akman da getdi
 
Türkiyə PTT 1-ci Liqa təmsilçisi "Karşıyaka"nın baş məşqçisi Ayhan Akman vəzifəsindən qovulub.
 
Sportal.az xəbər verir ki, buna səbəb İzmir təmsilçisinin doğma azarkeşlər önündə  "Altınordu"ya 0:5 hesablı məğlubiyyəti olub.  Mövsümə Yusuf Şimşəklə başlayan izmirlilər, sonra Ayhan Akmanının rəhbərliyi altında meydana çıxdıqları 7 oyunun 4-də qələbə, 3-də isə məğlub olmuşlar. 
 
Bununla da, Azərbaycan millisinin üzvü Mahir Şükürovu komandasından qovan mütəxəssis son 6 turda "Karşıyaka"nı meydana baş məşqçi kimi çıxarda bilməyəcək.
 
Qeyd edək ki, Akmanın əsas heyətdən kənarlaşdırdığı Şükürov bir neçə gün öncə Türkiyə klubu ilə rəsmən yollarını ayırıb.

Xəbər xətti