Futbolçumuzun ermənilər tərəfindən öldürülməsinin təfərrüatı

15:35 - 20 Aprel 2015

Rusiyada faciə

 

Azərbaycanlı sabiq futbolçu Emil Hüseynov Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilməsinin təfərrüatları məlum olub. 

Sportal.az xəbər verir ki, Emil Hüseynov Rusiyanın Yekaterinburq şəhərinin Alpinistlər 57 ünvanında yerləşən kafeyə ermənilər hücum çəkib. Onlar stol arxasında əyləşənlərin üzərinə düşərək onları döyməyə başlayıblar. Şahidlərin sözlərinə görə, dava nəticəsində xəsarət alanlar olub. Emil Hüseynova isə "otvyortka" ilə zərbələr endirilib. O təcili tibbi yardım maşınında dünyasını dəyişib. Dava iştirakçısı 5 nəfər saxlanılıb 
 

Qeyd edək ki, Emil Hüseynov futbolçu karyerası ərzində "Neftçi" və artıq fəaliyyətini dayandırmış "Karvan" və "Abşeron" komandalarının formasını geyinib.

Xəbər xətti