Vaqif Cavadov da Kamran Ağayevə qol vura bilmədi VIDEO

23:00 - 20 Aprel 2015

"Kayserispor" qələbə qazandı
 
Türkiyə PTT I Liqasında 28-ci turuna yekun vurulub.
 
Sportal.az xəbər verir ki, turun son matçında millimizin qolkiperi Kamran Ağayevin şərəfini qoruduğu "Kayserispor" doğğma meydanda millimizin hücumçusu Vaqif Cavadovun formasını geyindiyi "Boluspor"u qəbul edib.Qarşılaşma 3:0 hesabı ilə Kamran Ağayevin komandası "Kayserispor"un qələbəsi ilə başa çatıb.
 
Ağayev 90 dəqiqə meydanda olsa da, Cavadov qarşılaşmanın 81-ci dəqiqədə meydana daxil olub. Qeyd edək ki, Ağayev "sarı-qırmızılı" forma ilə çıxdığı 7 oyunun 5-də qapısını toxunulmaz saxlayıb.
 

Xəbər xətti