Ayağı düşərli oldu
“Fənərbaxça”nın əfsanə futbolçularından olan Aleks de Souzanın Türkiyə səfəri davam edir.
Sportal.az xəbər verir ki, braziliyalı sabiq futbolçu bu dəfə “Şükrü Saracoğlu” stadiona təşrif buyurub.
O, keçmiş komandası “Fənərbaxça”nın “Bursaspor”a 1:0 qalib gəldiyi oyunu stadiondan canlı izləyib. Aleksi görən yerli azarkeşləri onun üçün təzahüratlar da deyib və “sambaçı”ını ayaqüstə alqışlayıblar.
saytlarin hazirlanmasi