"Fənərbaxça"da Dieqo özbaşınalığı

15:14 - 21 Aprel 2015

Əsas heyətdə yer almadığını eşidəndə...

 

Türkiyə Superliqasında 27-ci tur çərçivəsində doğma meydanda "Bursaspor"u 1:0 hesabı ilə məğlub edən "Fənərbaxça"nın heyətində Dieqo şoku yaşanır.

 

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Bursaspor"la matçda əsas heyətdə olmayacağını eşidən Dieqo Ribas komandanın düşərgəsini tərk edib. Bu hərəkətdən sonra "18-lik"ə salınmayan Ribasın taleyinə yaxın günlərdə aydınlıq gələcək.

 

Qeyd edək ki, Dieqo daha əvvəl maaşını əldə edə bilmədiyinə görə "Fənərbaxça"nı Türkiyə Futbol Federasiyasına şikayət etmişdi.

Xəbər xətti