"Hazırda biz kubok görüşünü unudub, çempionat matçına hazırlaşmalıyıq"
“Qarabağ”ın ardından “Neftçi” Azərbaycan Kubokunun finalına vəsiqə qazandı. İlk yarımfinal oyununda “İnter”i 2-0 hesabı ilə məğlub edən “Neftçi” cavab görüşündə 2:1 hesabı ilə məğlub olmasına baxmayaraq, finala adladı.
Sportal.az "Neftçi"nin baş məşqçisi Arif Əsədovun oyun sonrası fikirlərini təqdim edir:
“İlk oyundakı qələbədən sonra cavab oyununa ciddi hazırlaşmışdıq. Çünki cavab oyununun çətin keçəcəyini bilirdik. Sevindirici haldır ki, “Neftçi” ardıcıl 4-cü dəfə kubokun finalına yüksəldi. Digər tərəfdən gənc oyunçu Rahil Məmmədovu qazandığımız üçün sevinirəm. Hazırda biz kubok görüşünü unudub, çempionat matçına hazırlaşmalıyıq”.
saytlarin hazirlanmasi