"Sumqayıt" cəzalıları bağışladı

00:18 - 22 Aprel 2015

Komanda hazırlıqlarını davam etdirir
 
Premyer Liqanın 31-ci turunda “Simurq”u qəbul edəcək “Sumqayıt” aprelin 25-də baş tutacaq qarşılaşmanın hazırlıqlarına start verib.
 
Sportal.az xəbər verir ki, baş məşqçi Aqil Məmmədov tərəfindən əvəzedici komandaya göndərilən Andrey Popoviç və Orxan Əliyev bağışlanılıb. Sözügedən futbolçuların hər ikisi artıq əsas komandaya geri qaytarılıb. 
 
Qeyd edək ki, Popoviç intizamsızlığına görə, Əliyev isə lazımı formada olmadığı üçün əvəzedici heyətə göndərilmişdi.

Xəbər xətti