Münhen təmsilçisi darmadağınla yarımfinala yüksəldi
Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunları keçirilib.
Sportal.az xəbər verir ki, ilk oyunda 3:1 hesabı ilə məğlubiyyətlə üzləşən “Bavariya” cavab matçında ”Porto”ya yerini göstərib.
İlk 45 dəqiqədə “Porto”nun qapı torunu 5 dəfə silkələyən münhenlilər rəqibinə əsl futbol dərsi keçib. İkinci hissədə qonaqlar qollardan birinin əvəzini çıxsa da, oyunda son nöqtəni Xabi Alonsa qoyaraq “Bavariya” klubunun 6:1-lik qələbəsini rəsmləşdirib.
“Bavariya” (Almaniya) – “Porto” (Portuqaliya) 6:1
Qollar: Alkantara, 14, Boatenq, 23, Levandovski, 27, 40, Müller, 36, Alonso, 88 - Martines, 73
saytlarin hazirlanmasi