Pastore komandasının güclü olmadığını etiraf etdi
Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda Fransa çempionu PSJ səfərdə “Barselona” klubuna 2:0 hesabı ilə məğlub olub.
Sportal.az xəbər verir ki, hər iki görüşdə kataloniyalılara təslim olan Paris təmsilçisi qitənin nüfuzlu turnirində mübarizəni dayandırıb.
“Nou Kamp”dakı məğlubiyyətdən sonra PSI-nin argentinalı yarımmüdafiəçisi Xavyer Pastore “Barselona”yla bacarmadıqlarını etiraf edib:
“Deyə bilmərəm ki, nəticədən narazıyam. Nəzərə almalıyıq ki, dünyanın ən güclü komandasına qarşı oynayırdıq. “Barselona”yla 10 dəfə oynasaq, onun 9-da məğlub olarıq. Ola bilsin ki, bir oyunda qalib gəldik. Belə komandaya qarşı oynamaq çətindir. Bu oyun PSJ-nin hələ “Barselona”yla ayaqlaşa biləcək gücdə olmadığını göstərdi”.
saytlarin hazirlanmasi