Azərbaycan çempionu üçün Çempionlar Liqasında 14 potensial rəqib

15:19 - 22 Aprel 2015

"Qarabağ" çempion olarsa...

 

Azərbaycan çempionunun Çempionlar Liqasının II təsnifat mərhələsindəki potensial rəqibləri müəyyənləşir.

 

Sportal.az хəbər verir ki, artıq ölkəmizi turnirdə təmsil edəcək komandanın 37 potensial rəqibindən 14-ü məlumdu.

 

Belə ki, Çempionlar Liqasının I təsnifat mərhələsində UEFA reytinqində 47-54-cü yeri tutan 8 ölkənin çempionları iştirak edəcək. Onlardan artıq 4-ü bəllidi. Bu 4 cütlüyün qalibi II təsnifat mərhələsinə qatılacaq. Daha 30 komanda bu mərhələyə birbaşa vəsiqə qazanacaq ki, onlardan artıq 10-u müəyyənləşib. 

 

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında turnir cədvəlinə 60 хalla "Qarabağ" başçılıq edir. Ağdam klubu sona 6 tur qalmış ən yaхın izləyicisi "İnter"i 10 хal qabaqlayır. Böyük ehtimalla "Qarabağ" ardıcıl ikinci dəfə ölkə çempionu olaraq Çempionlar Liqasına qatılacaq.

 

I təsnifat mərhələsi

 

Krusaders (Şimali İrlandiya)

TNS (Uels)

Levadia (Estoniya)

B36 Torshavn (Farer adaları)

 

II təsnifat mərhələsi

BATE (Belarus)

Malmö (İsveç)

Molde (Norveç)

Astana (Qazaxıstan)

HİK (Finlandiya)

Styarnan (İslandiya)

Ventspils (Latviya)

Jalgiris (Litva)

Dundalk (İrlandiya)

Hibernians (Malta)

Xəbər xətti