Tomiç öz ölkəsindədir
Premyer Liqanın XXXI turunda doğma meydanında "Qəbələ"ni qəbul edəcək "Xəzər Lənkəran" oyuna ciddi itki ilə çıxacaq.
Sportal.az xəbər verir ki, qapıçı Vyekoslav Tomiç "Qəbələ" ilə oyunu buraxmalı olacaq. Hazırda vətəni Xorvatiyada olan Tomiç çiynindəki ağrılar ucbatından müalicə keçir. Onun oyun günü komandaya qoşulacağı gözlənilir ki, bu da Tomiçin oyunu buraxmasına işarədir.
Qeyd edək ki, "Qəbələ" ilə matçı cənub klubunun bir neçə aparıcı futbolçusu da buraxmalı olacaq. Belə ki, kapitan Rahid Əmirquliyev, Alfred Sanko və Elşən Rzazadə cəzalı durumda olduqları üçün sözügedən oyunda komandaya kömək edə bilməyəcəklər. Qarşılaşma aprelin 25-i baş tutacaq.
saytlarin hazirlanmasi