“Sanderlend”in futbolçusu məhkəmədə
“Sanderlend” klubunun aparıcı futbolçusu Adam Conson 15 yaşlı qıza təcavüz etmıəkdə ittiham olunur.
Sportal.az xəbər verir ki, 27 yaşlı yarımmüdfiəçi ailəli olmasına baxmayaraq qızla cinsi əlaqədə olub.
Steysi Flandersin hamilə olmasından istifadə edən futbolçu fevral ayına qədər qızla görüşüb. Xanımı futbolçuya qızı övladı bəxş edəndən sonra futbolçu rəfiqəsiylə münasibəti kəsib.
Bundan əsəbləşən rəfiqəsi onu təcavüz edən futbolçunu məhkəməyə verib. Mayın 20-də baş tutacaq məhkəmədə Adam Consonun məsələsinə baxılacaq və futbolçunun günahkar olub-olmadığı üzə çıxacaq.
saytlarin hazirlanmasi